Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 73-cü sessiyasında çıxış edib

Rəcəb Tayyib Ərdoğan çıxışına BMT-ni və zülmə səssiz qalan üzv dövlətləri tənqid etməklə başlayıb.

1056705
Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 73-cü sessiyasında çıxış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin  73-cü sessiyasında çıxış edib.

Rəcəb Tayyib Ərdoğan çıxışına BMT-ni və zülmə səssiz qalan üzv dövlətləri tənqid etməklə başlayıb:

“BMT Təhlükəsizlik Şurası dünyada baş verən zülmləri seyr edən və 5 daimi üzvə xidmət edən bir forma alıb. Dünya “5”dən böyükdür. İnsanlığın ortaq vicdanının səsi olduğumuza inanırıq”.

Türkiyə Prezidenti zülmə məruz qalan Fələstini daima müdafiə edəcəklərini sözlərinə əlavə edib: “Fələstinlilərə tətbiq olunan zülmə səs çıxartmayanların, onlara edilən yardımlara mane olanların cəhdləri zalımların cəsarətlərini artırmaqdadır''.

Ərdoğan çıxışında ABŞ-a terror təşkilatı PKK ilə bağlı xəbərdarlıq edib.

''Öz maraqları uğrunda Suriyadakı terrorçulara TIR, təyyarə və silah göndərənlər bunun  acısını çəkəcəklər'' deyə Türkiyə prezidenti qeyd edib.

Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı suriyalı qaçqınlara dəstəkdən və DEAŞ-a qarşı aparılan mübarizədən də danışıb.

Ərdoğan bu vaxta qədər Türkiyənin suriyalı qaçqınlara  32 milyard dollar xərclədiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyəyə Beynəlxalq təşkilatlardan 600 milyon dollar, Avropa İttifaqından isə cəmi 1,7 milyard avro dəstək verilib. 

Türkiyə Silahlı Qüvvələrinin DEAŞ və  PKK-PYD-YP-yə qarşı apardığı mübarizədən danışan Türkiyə prezidenti sözlərinə əlavə edib ki, 4 min kilometrlik ərazi terrorçulardan təmizlənərək suriyalılar üçün təhlükəsiz əraziyə çevrilib.

Rəcəb Tayyib Ərdoğan  ticarət tarazlığının birtərəfli qərarlarla pozulmasına mane olmaq üçün  birgə səylərin  vacibliyinə toxunaraq BMT Gənclər Fondunun qurulmasını təklif edib.

 

 



Әlaqәli Xәbәrlәr