Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Kommersant” qəzetinə yazdı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin heç bir zaman sərhədində və sərhədin digər bir nöqtəsində hər hansı bir terror qruplaşmasına imkan verməyəcəyini bildirib.

1055450
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Kommersant” qəzetinə yazdı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin heç bir zaman sərhədində və sərhədin digər bir nöqtəsində hər hansı bir terror qruplaşmasına imkan verməyəcəyini bildirib. 

Ərdoğan bunu Rusiyanın "Kommersant" qəzeti üçün Rusiya-Türkiyə münasibətlərinə dair qələmə aldığı məqalə deyib.

Ərdoğan məqaləsində Suriyadakı həll prosesini dəyərləndirərək bildirib ki, Rusiyanın PKK, PYD, YPG kimi terror mərkəzlərinə qarşı Türkiyənin mübarizəsinə dəstək verəcəyinə ümid edirik. Əvvəldən bəri söylədiyimiz mühüm bir məqam var. Türkiyə heç bir zaman sərhədində və sərhədin digər bir nöqtəsində hər hansı bir terror quruluşlarına imkan verməyəcək. Türkiyə daha əvvəl Afrində, Cerablusda, El-Babda və İdlib bölgəsində bu əzmini dəfələrlə göstərib.

İdlib məsələsində Türkiyənin ilk gündən bəri mülki əhalinin təhlükəsizliyini təmin etməyi, gərginliyi azaltma bölgəsinin sərhədlərini mühafizə etməyi və mülayim müxalifləri qorumağı ilkin planda tutduğunu vurğulayan Ərdoğan, "Mülayim müxaliflərlə bağlı müxtəlif ölkələrin fərqli yanaşmaları ola bilər. Ancaq biz mülayim müxaliflərin siyasi həll prosesi içində qalmasının vacib olduğunu düşünürük, çünki Cenevrə və Astana danışıqlarının sağlam bir şəkildə aparılması üçün buna ehtiyac var"deyib.

“Biz isə illər boyu öz xalqını dəhşətli əzablara məhkum edən rejimin qaralama və böhtanlarına məhəl qoymadan Suriya xalqının sülh və əmin-amanlığı üçün doğru bildiyimiz yolda getməyə davam edirik. Suriya böhranının şübhəsiz təsirləri uzun illər davam edəcək bir humanitar böhranın meydana gəlməsinə səbəb oldu. Türkiyə ölkələrini tərk etmək məcburiyyətində qalan 3,5 milyondan çox qaçqına qardaşlıq duyğuları ilə torpaqlarını açdı. Əsəd rejiminin zülmündən qaçaraq həyatlarını xilas etməyə çalışan qardaşlarımıza qarşı başqa cür mövqe nümayiş etdirməyimiz də mümkün deyildi. Bu insanların həyatlarını davam etdirmələri üçün lazım olan xərclər məlum olduğu kimi, təkbaşına Türkiyə tərəfindən qarşılanıb.Ancaq qaçqın problemi sadəcə Türkiyənin problemi deyildir"-deyə Ərdoğan vurğulayıb.

Ərdoğan yazının sonunda bunları deyib: "Yazıma son verərkən Rusiya ilə münasibətlərimiz son dövrdə yaxşı qonşuluq, birgə maraqlar və qarşılıqlı hörmət çərçivəsində inkişaf etməyə davam etməsindən duyduğum məmnuniyyəti də ayrıca ifadə etmək istəyirəm. Birgə enerji layihələri və qarşılıqlı investisiyalar başda olmaqla, humanitar və mədəni əlaqələrimizin də inkişaf etməsi üçün lazımi addımları atırıq. Bundan sonra da bu addımları atmağa davam edəcəyik. Eyni coğrafi məkanı bölüşən və əsrlər boyu tarixin subyekti olmağı bacarmış olan Türk və Rus xalqlarının dərin, səmimi və yaxın bir əlaqə içində olmasının lazım olduğuna inanıram. Bu məqsədlə görülən işləri hər zaman dəstəkləyəcəyimizi vurğulamaq istəyirəm".



Әlaqәli Xәbәrlәr