Türkiyə İranın Əhvaz şəhərində törədilən silahlı hücumu qınadı

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yaydı.

1054791
Türkiyə  İranın Əhvaz şəhərində törədilən silahlı hücumu qınadı

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yaydı.

Bəyanatda  İranın Əhvaz şəhərində hərbi parad zamanı həyata keçirilən terror hücumu nəticəsində çox sayda adamın həlak olmasının və yaralanmasının böyük kədərlə öyrənildiyi qeyd edilir.

Bəyanatda deyilir: "Bu iyrənc terror hücumunu şiddətlə qınayırıq. Həlak olanlara Allahdan rəhmət , yaralananlara təcili şəfalar diləyirik. İran xalqına və hökumətinə başsağlığı veririk". 
 
 Qeyd edək ki, dünən səhər İran-İraq müharibəsinin 38-ci ili münasibətilə Huzistan əyalətinin Əhvaz şəhərindəki hərbi mərasimdə təşkil olunan silahlı hücumda 24 nəfərin öldüyü, 53 nəfərin də yaralandığı açıqlanmışdı.
 
 



Әlaqәli Xәbәrlәr