Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına səfər edir.

1054557
Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 sentyabr, bazar günü Nyu-Yorkda olacaq.
 
Prezident ilk növbədə, "Türk Amerikan Milli İcraiyyə Komitəsi" tərəfindən təşkil olunan "xalq toplantısı"da iştirak edəcək.
 
 Ərdoğan 25 sentyabr, çərşənbə axşamı günü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində çıxış edəcək. 

Ərdoğan başda olmaqla, bir çox ölkə liderinin çıxışlarında BMT-də islahat tələblərinin və bu məsələdə gözləntilərin dilə gətirilməsi gözlənilir.
 
 BMT xüsusilə, Suriya böhranı, Myanmar, İsrail-Fələstin problemi kimi məsələlərdə Təhlükəsizlik Şurasının veto  və qərar qəbul edilə bilinməyən halları ilə əlaqədar çox tənqid edilir.
 
 Türkiyə prezidentinin ABŞ prezidenti Donald Trump ilə görüşü gözlənilmir. Lakin 25 sentyabr axşamı BMT Baş katibi Antonio Quterreşin verəcəyi ziyafətdə bir araya gəlmə ehtimalından bəhs edilir.



Әlaqәli Xәbәrlәr