Türkiyə XİN rəhbəri Venesuelaya səfər edəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 21-22 sentyabr tarixlərində Venesuelaya səfər edəcək.

1053002
Türkiyə XİN rəhbəri Venesuelaya səfər edəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 21-22 sentyabr tarixlərində Venesuelaya səfər edəcək.

Çavuşoğlu səfər çərçivəsində venesuelalı həmkarı Jorge Arreza ilə görüşəcək, dövlət başçısı Nikolas Maduro tərəfindən qəbul ediləcək.

Xarici İşlər nazirinin keçirəcəyi görüşlərdə iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

 



Әlaqәli Xәbәrlәr