Xaricilərin Türkiyə vətəndaşlığına keçməsiylə bağlı bəzi maddələr dəyişdirildi

“Resmi Gazete” saytında yayımlananan qərara görə...

1052795
Xaricilərin Türkiyə vətəndaşlığına keçməsiylə bağlı bəzi maddələr dəyişdirildi

  Xaricilərin Türkiyə vətəndaşlığına keçməsiylə bağlı bəzi maddələr dəyişdirildi.

  Türkiyə vətəndaşlığını qazanmaq üçün nəzərdə tutulan sabit kapital məbləği 2 milyon dollardan 500 minə endirilib.

  “Resmi Gazete” saytında yayımlananan qərara görə, Türkiyədə daşınmaz əmlak sahibi olan əcnəbilərin vətəndaşlığa keçidi üçün lazım olan minimum daşınmaz bədəli də 1 milyon dollardan 250 minə salınıb.

  Yenə vətəndaşlığa haqq qazanmaq şərtləri arasında yer alan "ən azı 100 nəfərə məşğulluq təmin etmək" ifadəsi "50 nəfər" olaraq dəyişdirilib.

  Vətəndaşlığa keçmək hüququ qazanmaq üçün Türkiyədəki banklarda tutulması lazım olan əmanət miqdarı da 3 milyon dollardan 500 minə endirilib.

 



Әlaqәli Xәbәrlәr