Türkiyə ABŞ-a başsağlığı verdi

Türkiyə ABŞ-da təsirli olan “Florens” qasırğası zamanı həlak olanların yaxınları başda olmaqla Amerika xalqına başsağlığı verdi.

1052168
Türkiyə ABŞ-a başsağlığı verdi

Türkiyə ABŞ-da təsirli olan “Florens” qasırğası zamanı həlak olanların yaxınları başda olmaqla Amerika xalqına başsağlığı verdi.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, “Florens” qasırğasının ABŞ-da xeyli sayda insanın həlakına və yaralanmasına səbəb olmasından kədər duyduq. Qasırğa zamanı həlak olanların yaxınlarına və ABŞ xalqına başsağlığı veririk.

Bu arada "Florens" qasırğası zamanı ölənlərin sayı 34 nəfərə çatıb.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı ən çox insan ölümü Şimali Karolinada qeydə alınıb. Burada 26 nəfər qasırğanın qurbanı olub.

"Florens" qasırğası artıq bir neçə gündür ABŞ-ın şərq sahillərində tüğyan edir. Ölkənin milyondan çox sakini elektrik enerjisindən məhrum olub. Təbii hadisənin zərər vurduğu on minlərlə insan daşqınlar və tufan səbəbindən evlərinə qayıda bilməyiblər.



Әlaqәli Xәbәrlәr