Türkiyə Suriyanın İdlib şəhərilə əlaqəli fəal diplomatiyasını davam etdirir

Prezident Rəcəb Tayyib Ərdoğan həmin məqsədlə Rusiyanın Soçi şəhərində bugün Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.

1050563
Türkiyə Suriyanın İdlib şəhərilə əlaqəli fəal diplomatiyasını davam etdirir

Prezident Rəcəb Tayyib Ərdoğan həmin məqsədlə Rusiyanın Soçi şəhərində bugün Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.

İki lider Suriyadakı və xüsusilə İdlibdəki son vəziyyəti müzakirə edəcəklər.

Bu arada Dövlət Aparatının Mətbuat Mərkəzindən Ərdoğanın Rusiyaya səfərinə dair açıqlama yayıldı.

Açıqlamada bildirilib ki, səfər çərçivəsində dövlət başçımız Rusiya prezidenti Putinlə ikili görüş keçirəcək. Proqram çərçivəsində iki ölkənin  əlaqəli nazir və rəsmilərinin iştirakı ilə heyətlərarası görüşün də keçiriləcəyi nəzərdə tutulur.  Dövlət rəhbərləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşdə həmçinin Suriya münaqişəsinin nizamlanması da müzakirə olunacaq. 

Qeyd edək ki, Ərdoğan və Putin son olaraq yenə Suriya gündəmilə keçirilən Tehran zirvəsində bir araya gəldi. Tehranda İran prezidenti Ruhani ilə birlikdə üçtərəfli müzakirə və mətbuat konfransı keçirildi



Әlaqәli Xәbәrlәr