Ərdoğan və Putin Soçidə görüşdülər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin Soçidə görüşdülər.

1051112
Ərdoğan və Putin Soçidə görüşdülər

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin görüşdülər.  

  Rusiyanın Soçi şəhərində Prezident İqamətgahında mətbuata qapalı keçirilən görüş 1 saat 50 dəqiqə çəkdi.

  İki lider Suriyanın İdlib bölgəsində baş verən son prosesləri müzakirə edib.  

  Ərdoğan-Putin görüşündə İdlibdə ehtimal olunan hücumun yaradacağı miqrasiya dalğası, bölgədə Türkiyə əsgərinin təhlükəsizliyi, siyasi həll səyləri kimi məsələlər müstəviyə çıxarılıb.  

  Görüşdə, eyni zamanda, regiondakı son proseslərlə yanaşı, iqtisadi və enerji məsələləri də müzakirə olunub.

  Təkbətək görüşdən sonra heyətlərarası görüş keçirilib.  

  Bu görüş 26 sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində olacaq Suriya toplantısı ərəfəsində böyük əhəmiyyət daşıyır.

  Xatırladaq ki, Ərdoğanla Putin nundan əvvəl İran prezidenti Həsən Ruhanin də olduğu üçlü zirvə görüşündə sentyabrın 7-də İranın paytaxtı Tehranda bir araya gəlmişdilər.



Әlaqәli Xәbәrlәr