Türkiyədə terrorçularla mübarizə səngimir

... İstanbulda isə separatçı terror təşkilatı PKK-nın gənclər qurmasına qarşı əməliyyatda 16 şübhəli saxlanılıb.

1050281
Türkiyədə terrorçularla mübarizə səngimir

  Türkiyənin Mardin rayonunun Kızıltepe və Nusaybin qəsəbələri arasında Suriya sərhəd xəttində keçirilən əməliyyatda 2-si qadın olmaqla 3 PKK terror təşkilatı üzvü qeyri-qanuni yollarla Türkiyəyə daxil olmağa çalışarkən yaxalanıb. Onların bomba təlimi aldıqları müəyyən edilib.

  Batman şəhərinin Kozluk qəsəbəsində isə vali və yüksək səviyyəli vəzifələlilərə hücum hazırlığında olan bir terrorçu tutulub.

  Vanın Gürpınar qəsəbəsindəki əməliyyatda da bir terrorçu yaxalanıb, çox sayda silah və sursat ələ keçirilib.

  Muşun Hasköy qəsəbəsi çölündə isə terrorçulara aid sığınacaq vulurub.

  PKK-nın Suriya qolu YPG-nin üzvü olduqlarından şübhələnilən Suriya vətəndaşı iki qardaş da Türkiyənin Amasya şəhərində tutulub, onlardan biri həbs olunub.

  İstanbulda isə separatçı terror təşkilatı PKK-nın gənclər qurmasına qarşı əməliyyatda 16 şübhəli saxlanılıb.



Әlaqәli Xәbәrlәr