Rəcəb Tayyib Ərdoğan: "Pulumuza, pulunuza etibar edin"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dollarının avqust ayında bir anda 7 Türk lirəsi səviyyəsinə yüksəlməsinin iqtisadi sui-qəsd təşəbbüsünün dəlili olduğunu söylədi.

1049553
Rəcəb Tayyib Ərdoğan: "Pulumuza, pulunuza etibar edin"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının vilayət rəhbərləri toplantısında çıxış etdi.

Çıxışında valyuta məzənnəsindəki yüksəlişlə əlaqədar fikir söyləyən Ərdoğan ABŞ dollarının avqust ayında bir anda 7 Türk lirəsi səviyyəsinə yüksəlməsinin iqtisadi sui-qəsd təşəbbüsünün dəlili olduğunu söylədi.

Türkiyə prezidenti belə bir nəticənin ortaya çıxmasının məsələnin tamamilə siyasi olduğuna işarə etdiyini bildirdi.

Yüksək faiz və yüksək valyuta məzənnəsinin bir istismar vasitəsi olduğunu qeyd edən Ərdoğan: "Türkiyəni valyuta məzənnəsi ilə vurmaq istəyənlərə cavabımızı məzənnənin gəldiyi səviyyənin üstünlüklərini ixracda və bununla əlaqədar olan istehsalda, məşğulluqda əks etdirərək verməliyik" deyə danışdı.

Ərdoğan xaricdə yaşayan vətəndaşlara müraciə edərək: "Dövlətə əlavə gəlir gətirəcək qızıl və avro istiqrazları ilə icarə sertifikatlarını dəyərləndirməyə dəvət edirəm" dedi.

Yerli valyutaya vurğu edən prezident: "İxrac və idxalla işi olmayan heç kimin valyuta ilə işi olmamalıdır. Vətəndaşlarıma səslənirəm, pulumuza, pulunuza etibar edin" dedi.

 

 



Әlaqәli Xәbәrlәr