Xarici İşlər naziri Mövlud Çavuşoğlu bugün Pakistana rəsmi səfər edəcək

Xarici İşlər naziri Mövlud Çavuşoğlu bugün(13.09.2018) Pakistana rəsmi səfər edəcək.

1048341
Xarici İşlər naziri Mövlud Çavuşoğlu bugün Pakistana rəsmi səfər edəcək

Xarici İşlər naziri Mövlud Çavuşoğlu bugün (13.09.2018) Pakistana rəsmi səfər edəcək.

Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Çavuşoğlu Pakistanın Xarici İşlər naziri Şah Mahmud Kureyşinin dəvətinə görə adı çəkilən ölkəyə səfər edəcək.

Açıqlamada iki günlük səfər zamanı Çavuşoğlunun Kureyşi ilə görüşü ilə yanaşı Pakistan prezidenti Arif Alvi və bu ölkənin Baş naziri İmran Xan tərəfindən qəbul ediləcəyi bildirilib.

Həmin görüşlərdə Türkiyə ilə Pakistan arasındakı əlaqələr müzakirə olunacaq, regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Pakistanda iyulun 25-də keçirilən parlament seçkilərində qələbə qazanan Arif Alvi səntyabrın 9-da and içərək vəzifəsinə başlayıb.



Әlaqәli Xәbәrlәr