Astananın zəmanətçi ölkələri arasında texniki səviyyədə danışıqlar davam etdiriləcək

Türkiyə Suriya üçün Konstitusiya Komitəsinin qurulması prosesinin Astananın zəmanətçi ölkələri arasında texniki səviyyədə danışıqlarla davam etdiriləcəyini bildirdi.

1048025

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib, Astananın zəmanətçi ölkələri Türkiyə, Rusiya və İran heyətlərinin rəhbərlərinin 10-11 sentyabr tarixlərində Cenevrədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə görüşdü. Görüşdə Suriya böhranına həll tapılması cəhdləri çərçivəsində önəmli mərhələ olan Konstitusiya Komitəsinin təşkili və əsasları müzakirə olundu. Bu çərçivədə rejim və müxalifət tərəfindən təqdim edilən siyahılarla əlaqəli prinsip mütabiqəti təsdiqləndi, yaradılacaq qruplardan üçüncüsü olan mülki ictimaiyyət qrupunun yaranması müzakirə edildi. Proses Astana danışıqlarının zəmanətçi ölkələri arasında texniki səviyyədə müzakirələrlə davam etdiriləcək.

Әlaqәli Xәbәrlәr