Mövlud Çavuşoğlu Rumıniyada sәfәrdәdir

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Türkiyә-Rumıniya-Polşa xarici işlәr nazirlәrinin iclasında iştirak etmәk üçün Rumıniyaya sәfәr edib.

1047406
Mövlud Çavuşoğlu Rumıniyada sәfәrdәdir

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Türkiyә-Rumıniya-Polşa xarici işlәr nazirlәrinin iclasında iştirak etmәk üçün Rumıniyaya sәfәr edib.

Mövlud Çavuşoğlu sәfәri çәrçivәsindә ilk olaraq Rumıniya Deputatlar Palatasının sәdri Liviu Draqnea ilә bir araya gәlib.

M. Çavuşoğlu daha sonra Rumıniyanın  vә Polşanın XİN rәhbәrlәri ilә görüşüb, hәmçinin  Rumıniya prezidenti Klaus Verner İohannis tәrәfindәn qәbul edilib.

Görüşlәrdә ikitәrәfli әlaqәlәrlә yanaşı Türkiyә-Rumıniya-Polşa xarici işlәr nazirlәri arasında baş tutacaq iclasda müzakirә olunacaq mövzular müzakirә olunub.

Qeyd edәk ki, bu gün Buxarestdә keçirilәcәk Türkiyә-Rumıniya-Polşa XİN rәhbәrlәrinin  toplantısında iyun ayında Brüsseldә baş tutan NATO sammitindә qәbul edilәn qәrarların qiymәtlәndirilmәsi vә Avro-Atlantik  mәkandakı aktual tәhlükәsizlik mәsәlәlәri әtrafında fikir mübadilәsinin aparılması gözlәnilir.



Әlaqәli Xәbәrlәr