Türkiyә Silahlı Qüvvәlәri bir hәftәdә 62 terrorçunu zәrәrsizlәşdirdi

Terror tәşkilatı PKK-ya qarşı bir hәftә әrzindә keçirilәn әmәliyyatlar nәticәsindә 62 terrorçu zәrәrsizlәşdirilib.

1045571
Türkiyә Silahlı Qüvvәlәri bir hәftәdә 62 terrorçunu zәrәrsizlәşdirdi

Terror tәşkilatı PKK-ya qarşı bir hәftә әrzindә keçirilәn әmәliyyatlar nәticәsindә 62 terrorçu zәrәrsizlәşdirilib.

Türkiyә Silahlı Qüvvәlәri tәhlükәsizliyi tәmin etmәk mәqsәdilә ölkә daxilindә vә xaricindә separatçı terror tәşkilatı PKK/KCK/PYD/YPG  vә DEAŞ başda olmaqla terror tәşkilatlarına qarşı mübarizәsini qәtiyyәtlә davam etdirir.

Mәlumata görә,  31 avqust-6 sentyabr tarixlәri arasında Şırnak, Siirt, Mardin, Diyarbәkir, Hakkari vә İraqın şimalında keçirilәn әmәliyyatlar nәticәsindә terrorçulara ağır zәrbәlәr endirilib.

Keçirilәn әmәliyyatlar nәticәsindә 62 terrorçu zәrәrsizlәşdirilib, terror tәşkilatına mәxsus çox sayda silah vә sursat әlә keçirilib.



Әlaqәli Xәbәrlәr