Rәcәb Tayyib Әrdoğan İranın dini lideri ilә görüşüb

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan İrana etdiyi sәfәri çәrçivәsindә bu ölkәnin dini lideri Ayәtullah Әli Xameney ilә görüşüb.

1045611
Rәcәb Tayyib Әrdoğan İranın dini lideri ilә görüşüb

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan İrana etdiyi sәfәri çәrçivәsindә bu ölkәnin dini lideri Ayәtullah Әli Xameney ilә görüşüb.

Mәlumata görә, görüş mәtbuata qapalı keçirilib.

Ayәtullah Әli Xameneyin daha sonra Rәcәb Tayyib Әrdoğanla keçirdiyi görüşü qiymәtlәndirdiyi bildirilib.

Türkiyə ilə İran arasındakı yaxşı münasibətlərə toxunan Xameney ortaq nöqtələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Xameney  Türkiyə ilə İranın bölgənin iki nüfuzlu və güclü ölkəsi olduğuna diqqəti çəkərək: "İran  ilə Türkiyə İslam dünyası üçün ortaq məqsədlərə malikdir. Bu sәbәbdәn  İran ilə Türkiyə arasındakı siyasi və iqtisadi əməkdaşlıq inkişaf etdirilməlidir" deyib.

Xameney Prezident Ərdoğanın Myanma məsələsindəki mövqeyini da təqdir edib.

İranın dini lideri  İslam ölkələrinin yaxınlaşması və həmrəyliyinin vacibliyinə vurğulayaraq deyib: "İslam ölkələrinin birliyi və əməkdaşlığı regiondakı problemlərin həllinә zәmin hazırlayacaq'' deyib.



Әlaqәli Xәbәrlәr