Prezident Ərdoğan sammit əvvəlində Ruhani və Putin ilə görüşü

Prezident Rəcəb Tayyib Ərdoğan, Suriya mövzulu Türkiyə-Rusiya-İran sammitində iştirak etmək üzrə getdiyi İranın paytaxtı Tehranda bu ölkənin dövlət başçısı Həsən Ruhani və Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşdü.

1045205
Prezident Ərdoğan sammit əvvəlində Ruhani və Putin ilə görüşü

Ərdoğan, Üçlü Zirvə toplantısı əvvəlində İranlı həmkarı Həsən Ruhani ilə bir araya gəlib. Daha sonra Rusiya prezidenti Putinlə görüşüb.

Liderlər bu görüşlərdən sonra üçtərəfli zirvə toplantısına qatılacaqlar.

Sammitdə Suriya probleminə daimi həll yolu tapmaq məqsədiylə atılası addımlar təhlil ediləcək. İdlib şəhərində cərəyan edən proseslər müzakirə olunacaq. Liderlər zirvə toplantısından sonra birgə mətbuat konfransı təşkil edəcəklər.

Prezident Ərdoğan toplantıdan sonra İranın Dini lideri Ayətullah Əli Xamenei ilə görüşəcək.

 



Әlaqәli Xәbәrlәr