Mövlud Çavuşoğlundan İdlib açıqlaması

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın İdlib bölgəsində atəşkəsin pozulmasının fəlakətə səbəb olacağı barədə xəbərdarlıq etdi.

1042542
Mövlud Çavuşoğlundan İdlib açıqlaması

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və paytaxt Ankarada olan Şimali Kipr Türk Respublikasının baş nazirinin müavini Kudret Özersay birgə mətbuat konfransı keçirdilər.

Nazir Çavuşoğlu İdlibdə atəşkəsin davam etdirilə bilinməsi, Astana razılaşmasının davamı və rejim tərəfindən atəşkəsin pozulmasının qarşısınının alınması üçün Türkiyənin istər İran, istərsə də Rusiya ilə görüşlərini davam etdirdiyini vurğuladı.

İdlibin Astana razılaşmasında müəyyən olunan deeskalasiya zonalarından son qalanı olduğuna və burada 3,5 milyon insanın yaşadığına diqqət çəkən Çavuşoğlu: "Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İranın paytaxtı Tehranda prezident Həsən Ruhani və Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüşəcərək, bu mövzuları müzakirə edəcəyik" dedi.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin (James Jeffrey) səfərini də dəyərləndirən Çavuşoğlu Ceffrinin bölgəni yaxından tanıdığını qeyd edərək bunları söylədi: "Ceffrinin Türkiyəyə gələrək bu məsələləri bizimlə müzakirə etməsi əhəmiyyətlidir. Ankara görüşündə yalnız İdlib məsələsini deyil, bütün Suriya ilə əlaqədar fikirlərimizi, Suriyanın sərhəd və ərazi bütövlüyü baxımından siyasi həlli və humanitar yardımları, ABŞ-ın PKK/YPG-yə verdiyi dəstəyi mütləq gündəmə gətirəcəyik "

 



Әlaqәli Xәbәrlәr