Son bir həftədə 46 terrorçu zərərsizləşdirildi

Ölkə daxilində son bir həftədə həyata keçirilən antiterror əməliyyatlarında 4-ü dırnaqarası yüksək səviyyəli idarəçi olmaqla, terror təşkilatı PKK-nın 46 üzvü zərərsizləşdirildi.

1042110

Daxili İşlər Nazirliyinin həmin mövzuyla bağlı açıqlamasında 27 avqust-3 sentyabr tarixləri arasında keçirilən antiterror əməliyyatlarına dair məlumat yaydı.

Məlumata görə 26-sı ölü, 8-i sağ, 12-si təslim olmaqla 46 terrorçu zərərsizləşdirildi.

Ayrıca PKK ilə əlaqədə olan 104, FETÖ terror təşkilatı ilə əlaqədə olan 153, DEAŞ ilə əlaqədə olan 21 və sol meyilli terror təşkilatları ilə əlaqədə olduğu bildirilən 8 nəfər də əməliyyatlarda nəzarət altına götürüldü.

Әlaqәli Xәbәrlәr