Prezident Ərdoğan Qırğızıstana səfərə gedir

Prezident Rəcəb Tayyib Ərdoğan, rəsmi görüşlər keçirmək və 6-cı təşkil ediləcək Türk Şurasının Sammitində iştirak etmək üzrə 1-3 Sentyabr tarixlərində Qırğızıstanda səfərdə olacaq.

1040849
Prezident Ərdoğan Qırğızıstana səfərə gedir

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə prezident Ərdoğan Qırğızıstana səfəri çərçivisində Bişkekdə prezident Sooronbay Ceenbeko ilə görüşəcək. Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti yığıncağına qatılacaq.

Danışıqlar zamanı Fətullahçı terror təşkilatının Qırğızıstandakı fəaliyyətlərinə qarşı mübarizə başda olmaqla ikitərəfli və regional mövzular müzakirə ediləcək.

Prezident Ərdoğan Qırğızıstana səfəri çərçivəsində Çolpan-Ata şəhərində təşkil ediləcək Dünya Köçəri oyunlarının açılış mərasimi və Türk Şurasının 6-cı Sammitinə qatılacaq.

 



Әlaqәli Xәbәrlәr