Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Zəfər bayramı üçün təbrik mesajı

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım 30 avqust 1922-ci ildə qazanılan böyük zəfərin məzlum millətlərin müstəqilliyə olan inamını gücləndirdiyini bildirdi.

1039843

30 Avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibəti ilə təbrik mesajı paylaşan Binəli Yıldırım deyib ki, 19 may 1919-cu ildə Samsun şəhərində start götürən İstiqlal müharibəsi 30 avqsutda Dumlupınarda qələbə ilə nəticələndi. Millətimiz tarixində əsarət üzü görməyib. Hücumlar qarşısında şər qüvvələrinə aman verilmədiyinin ən konkret nümunələrindən biri 15 iyul 2016-cı ildə baş verən çevriliş cəhdidir.

“Bu çərçivədə ordularımızın baş komandiri və Türkiyə Böyük Millət Məclisinin ilk sədri Qazi Mustafa Kamal Atatürk başda olmaqla İstiqlal Müharibəmizin bütün qazi və şəhidlərini rəhmət və minnətdarlıqla yad edirəm”-deyə Binəli Yıldırım qeyd edib.

Әlaqәli Xәbәrlәr