Xarici İşlǝr naziri  Mövlud Çavuşoğlu ABŞ-a reaksiya göstərdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu artıq təhdid dilinin bir tərəfə qoyulmasının vacibliyini bildirib.

1039192
Xarici İşlǝr naziri  Mövlud Çavuşoğlu ABŞ-a reaksiya göstərdi

Artıq təhdid dilini bir tərəfə qoymaq lazımdır. Kovboy filmində olduğu kimi "mən hər istədiyimi edərəm” söylənsə bunun bir cavabı olar.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu bunu Litvaya səfəri zamanı həmkarı Linas Linkevicius ilə təşkil etdiyi birgə mətbuat konfransında deyib.

ABŞ heyətinin iki ölkə arasındakı problemləri müzakirə etmək üçün Türkiyəyə etdiyi səfəri qiymətləndirən Çavuşoğlu konqres üzvlərinin Türkiyəyə gəlməsinin əhəmiyyətli olduğunu, əlaqələrin inkişafı üçün üzvlərin cəhd göstərdiyini və hər şeyə rəğmən dialoqun olmasının əhəmiyyətini  vurğulayıb.

Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri satın almasının ABŞ tərəfində narahatlıq doğurduğunu deyən Çavuşoğlu deyib ki, artıq əlaqələri inkişaf etdirmək üçün təhdid dilindən əl çəkmək lazımdır. Türkiyənin təcili olaraq hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Başda ABŞ olmaqla bunları satın almaq istədik. Bu ölkələr bizə sata bilmədi yaxud satmaq istəmədi.

Türkiyənin qoşulduğu birgə layihə olan “F-35” döyüş təyyarələrinin ABŞ-dan Türkiyəyə təhvil verilməsilə əlaqəli bu ölkədən ucalan ziddiyyətli səslərə də toxunan Çavuşoğlu bildirib ki, Türkiyə  əsasən “F-35” proqramına şərikdir. Bir ölkə istədiyi üçün Türkiyə bu proqramdan çıxarıla bilməz. Bir ölkənin başqa bir ölkəyə qarşı ədalətli olmayan hər qərarına isə Türkiyə qoşulmaq məcburiyyətində deyil. (ABŞ-ın İrana qarşı embarqosu)

Türkiyənin Rusiya ilə müsbət əlaqələrinə də toxunan Çavuşoğlu Rusiya ilə olan əlaqələrin Avropa İttifaqı ilə əlaqələrə yaxud da ABŞ-a alternativ olmadığını, Türkiyənin xarici siyasətində balansın nəzərdə tutulduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr