Ərdoğan Malazgird və İstiqlal Həftəsi münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 26 avqust 1071 Malazgird Zəfəri və 30 avqust İstiqlal Həftəsi münasibətilə mesaj paylaşıb.

1037451
Ərdoğan Malazgird və İstiqlal Həftəsi münasibətilə təbrik etdi

  Daxildən və xaricdən gələn təzyiqlərə baxmayaraq, xalqın haradasa min ildir bu torpaqlarda yaşamasının Malazgird ruhu sayəsində olduğunu vurğulayan R.T.Ərdoğan deyib:

  “Anadolunun əbədi vətən olmasını təmin edən Malazgirt Zəfərinin əldə edildiyi və Böyük Dönüş münasibətilə avqust ayının son həftəsini böyük bir qürurla Qələbə Həftəsi kimi qeyd edirik.

  Əziz xalqımızın Malazgirddə 1071-ci ildə başladığı şanlı yürüşdən, yüz illər boyu qazanılan bütün qələbələrdən sonra Türkiyə Cümhuriyyəti yarandı. 30 avqust “Ya istiqlal, ya məhv ol" şüarı ilə təkbətək qalan bir xalq nələri bacardığını, müstəqillik və şərəfi üçün nələri gözə ala bildiyini dünyaya elan etdi.  

  Torpaqlarımızda müxtəlif millətlər bir birlik altında ruhunu qoruyur. Ölkəmizi 2023, 2053 və 2071 hədəflərinə çatmaqdan heç kim saxlaya bilməyəcək.

  15 İyul 2016-cı il dövlət çevrilişinə cəhd də Malazgird ruhunu büruzə verid.

  İqtisadi və siyasi müstəqilliyimizə qarşı hücumlar qarşısında xalqımız birlik-bərabərlik və öz iradəsinə sahibçıxma əzmini davam etdirir".



Әlaqәli Xәbәrlәr