Türkiyə və Rusiya Xarici İşlər nazirləri İdlibi müzakirə etdilər

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın İdlib şəhərində hərbi həllin fəlakət olacağını bildirdi.

1037111
Türkiyə və Rusiya Xarici İşlər nazirləri İdlibi müzakirə etdilər
akar-fidan-soygu.jpg
cavusoglu rusya1.jpg

   Rusiyanın paytaxtı Moskvada həmkarı Sergey Lavrovla bir araya gələn M.Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Suriyada atəşkəsi davam etdirmək üçün Rusiya ilə birlikdə işləməyə davam etmək lazımdır… İdlib neytral zonasının qorunması Suriya üçün həm humanitar, həm də terrorla mübarizə baxımından çox əhəmiyyətlidir. Radikal qrupların zərərsizləşdirilməsi hamımız üçün mühümdür… İdlibdə hərbi yol Suriyaya fəlakət gətirər. Bura hücum yüz minlərlə insanın ölümü, milyonlarla insanın didərgin düşməsi deməkdir… Suriyada siyasi həll üçün yeni konstitusiya şərtdir. Soçi formatındakı üçlü liderlər sammiti yaxın günlərdə İranda da olacaq.”

  Rusiya-Türkiyə ikitərəfli münasibətlərinə də toxunan M.Çavuşoğlu bunları söyləyib: “Əlaqələrimizi hər sahədə yüksək səviyyəyə çatdırmaq üçün intensiv səy göstəririk. Rusiya Türkiyə üçün strateji tərəfdaşdır. Bundan başqa, Rusiyadan gələn turist sayının da artması bizi məmnun edir. Bu il təxminən 6 milyon Rusiya vətəndaşını qarşıladıq.”

  Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da öz növbəsində çıxış edərək deyib: “Suriyanın sabitlik və sülhə qovuşmasını istəyirik. İdlibdə çox istiqamətli problem, silahlı mülki və müxalif insanlar var… Rusiya və Türkiyə suriyalı qaçqınların təhlükəsiz şəkildə evlərinə qayıtması üçün birgə səy sərf edir. Birgə planlarımız arasında terrorçuların köklərinin kəsilməsi əsasdır.”

  İkitərəfli münasibətlərə də toxunan S.Lavrov Türkiyə vətəndaşlarına viza məsələsini asanlaşdırmaq üçün birgə məşvərət mexanizmi qurulduğunu bildirib.

  Mövlud Çavuşoğlu Rusiya ölkə prezidenti Vladimir Putinlə də heyətlə birlikdə görüşüb.



Әlaqәli Xәbәrlәr