Putin türkiyəli rəsmiləri qəbul etdi

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin yaxşılığa doğru dərinləşdiyini bildirdi.

1037227
Putin türkiyəli rəsmiləri qəbul etdi

  V.Putin paytaxt Moskvada görüşlərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Milli İstihbarat Təşkilatının rəisi Hakan Fidanı Kremldə qəbul edib.

  Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu və ölkənin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin də iştirak etdiyi görüşdə Türkiyə ilə sürətlə inkişaf edən ikitərəfli münasibətlərə işarə edən Putin deyib: “Türkiyə ilə əlaqələr həm dərinləşir, həm də yeni məzmunlarla zənginləşir. İş birliyimiz regional və iqtisadi məsələlərdə sürətlə artır… Suriya kimi həssas məsələlərdə də Rusiya və Türkiyə birlikdə səy göstərir. Bundan başqa, İran, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının iştirakı da ciddi şəkildə Suriya məsələsinin həllinə yaxınlaşmışıq".  

  Görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya prezidentinə Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdıraraq belə davam edib: “Sizi ən yaxın zamanda Türkiyədə görməkdən məmnunluq duyacağıq, xüsusilə, İstanbulda birlikdə balıq yeməyə də razısınız… Ölkələrimizlə bağlı növbəti prosesdə üçtərəfli sammitə dostlarımızla birlikdə hazırlıqlar davam edir. İkitərəfli əlaqələrimizlə yanaşı regional mövzularda da əməkdaşlığımızı gücləndirmək üçün birgə iş görmək vacibdir. Regional sülh üçün bu, çox əhəmiyyətlidir".



Әlaqәli Xәbәrlәr