Türkiyə Kofi Annanın vəfatı münasibətilə başsağlığı verdi

Türkiyə Birləşmiş Millətlər Təşkilatının sabiq Baş katibi Kofi Annanın vəfatı münasibətilə başsağlığı verdi.

1034981
Türkiyə  Kofi Annanın vəfatı münasibətilə başsağlığı verdi

Türkiyə Birləşmiş Millətlər Təşkilatının sabiq Baş katibi Kofi Annanın vəfatı münasibətilə başsağlığı verdi.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı başsağlığı məktubunda deyilir: "Kofi Annanın ailəsinə və yaxınlarına, eyni zamanda, dost Qana xalqına dərin hüznlə başsağlığı veririk". 
 
 Başsağlığı məktubunda Afrikanın yetişdirdiyi ən görkəmli diplomatlardan biri və Nobel Sülh mükafatı laureatı olan Annanın dünya sülhünə böyük xidmətlər göstərdiyi, fəaliyyətinin Türkiyəni maraqlandıran xarici siyasət məsələləri baxımından da əhəmiyyət kəsb etdiyi  qeyd edilir.
 
Məktubda Kofi Annanın adı ilə anılan BMT Hərtərəfli Həll Planının  2004-cü ildə Kipr həll danışıqlarında ilk dəfə Adadakı iki xalqın təsdiqinə təqdim olunduğu, planın referendumlarda Adanın Türk icması tərəfindən qəbul edilməsinə baxmayaraq, Rum tərəfindən rədd edildiyi də xatırladılır.
 
 
 
 



Әlaqәli Xәbәrlәr