Türkiyə prezidenti Mərmərə zəlzələsinin qurbanlarını yad etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Bu növ fəlakətlərə qarşı vətəndaşlarımızın can və mal təhlükəsizliyi üçün lazım olan tədbirləri görməyə davam edəcəyik" dedi.

1034665
Türkiyə prezidenti Mərmərə zəlzələsinin qurbanlarını yad etdi

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter vasitəsilə 17 Avqust 1999-cu il Mərmərə zəlzələsində həlak olanları yad edərək, onlara Allahdan rəhmət dilədi.

Ərdoğan bunları paylaşdı: "Mərmərə zəlzələsi bizə ölkəmizin təbii fəlakətlər qarşısında nə dərəcədə hazırlıqsız olduğumuzu göstərmişdi.Zəlzələ, sel, torpaq sürüşməsi kimi təbii fəlakətlərdən aldığımız dərslərdən sonra hər sahədə çox mühüm tədbirlər gördük, sərmayələr qoyduq. Bu növ fəlakətlərə qarşı vətəndaşlarımızın can və mal təhlükəsizliyi üçün lazım olan tədbirləri  davam etdirəcəyik".



Әlaqәli Xәbәrlәr