"ABŞ-ın ənənəvi dostluq əlaqələrimizə və NATO ilə olan müttəfiqliyə sadiq qalmasını gözləyirik"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin yanlış təsəvvür formalaşdırma, kampaniyaya baxmayaraq dünyada investesiya qoymağa ən əlverişli ölkələrdən biri olduğunu söylədi.

1031346
"ABŞ-ın ənənəvi dostluq əlaqələrimizə və NATO ilə olan müttəfiqliyə sadiq qalmasını gözləyirik"

Türkiyə yanlış təsəvvür formalaşdırma, kampaniyaya baxmayaraq dünyada investesiya qoymağa ən əlverişli ölkələrdən biridir.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada sayca 10-cu Səfirlər Konfransının rəsmi açılışında iştirakçılara xitabən deyib.  

ABŞ tərəfindən valyuta məzənnəsi üzərindən edilən iqtisadi təzyiqlərə toxunan Çavuşoğlu "ABŞ-ın ənənəvi dostluq əlaqələrimizə və NATO alyansına sadiq qalmasını gözləyirik" deyib.

ABŞ-ın sanksiya ilə heç nə əldə edə bilməyəcəyini vurğulayan Çavuşoğlu, "ABŞ bilməlidir ki, təzyiqlərlə bir şey edilə bilməyəcək. Diplomatiyanı, qarşılıqlı razılaşmanı qəbul edərik, amma təzyiqlə bir şeyi qəbul etməyimiz qeyri-mümkündür" deyə bildirib.

ABŞ ilə son dövrdə arzu edilməyən vəziyyətin ortaya çıxdığını vurğulayan Çavuşoğlu deyib ki, ABŞ rəhbərliyi quruluşçu olmaqdan uzaq rəftar sərgilədi. Fetullahçı terror təşkilatı FETO mövzusunda konkret addım atmadılar. 15 iyul 2016cı il tarixində baş verən çevriliş cəhdinin arxasında FETO-nün olduğunu bilirlər. Onların bizdən istədikləri sənədləri göndərdik. Bu təşkilat Pensilvaniyada çox rahat şəkildə həyatını davam etdirir. Bu mövqe onlara uyğun deyil. Bu mövqeyini yalnız Türkiyəyə qarşı deyil, bütün dünyada davam etdirir. Ümumi olaraq dostluq münasibətlərimizə, NATO ilə olan müttəfiqliyimizə sadiq qalacaqlarını gözləyirik. ABŞ daxili siyasət mövzusunda qalmaqallı mövqeyini davam etdirir.

Türkiyənin ABŞ ilə əlaqələri normallaşdırmaq üçün üzərinə düşəni yerinə yetirdiyini bildirən Çavuşoğlu “ABŞ bilməlidir ki, təzyiqlərlə bir şey edilə bilməyəcək. Diplomatiyanı, qarşılıqlı razılaşmanı qəbul edərik, amma təzyiqlə bir şeyi qəbul etməyimiz qeyri-mümkündür. Avropa İttifaqı (Aİ) ölkələri öz standartlarında geri atsalar da, biz standartlarımıza ən yuxarıya addım atacağıq” deyə bildirib.

Çıxışında Aİ ilə əlaqələrə də toxunan Çavuşoğlu, "Aİ ilə viza rejiminin ləğvi ilə əlaqədar onların addım atmalarını gözləyirik. Biz də Avropa ölkələri qədər ev yiyəsiyik. Bu gün çətinlikləri olan ailə olmasına baxmayaraq, Avropa bizim də ailəmizdir” deyib.



Әlaqәli Xәbәrlәr