“Mövcud gərginliklərə baxmayaraq ABŞ Türkiyənin sağlam bir dostu və müttəfiqidir”

Ankaradan rəsmi bir heyətin mövcud problemləri müzakirə etmək məqsədilə 2 gün ərzində ABŞ-a gedəcəyi gözlənilir.

1027668
“Mövcud gərginliklərə baxmayaraq ABŞ Türkiyənin sağlam bir dostu və müttəfiqidir”

Mövcud gərginliklərə baxmayaraq ABŞ Türkiyənin sağlam bir dostu və müttəfiqi olmaqda davam edir.

Bunu ABŞ-ın Ankara Səfirliyi özünün “Twitter” hesabında yazıb.

Açıqlamada Türkiyə və ABŞ-ın dostluğu və müttəfiqliyinin davam etdiyi vurğulanıb.

“Mövcud gərginliklərə baxmayaraq ABŞ Türkiyənin sağlam dostu və müttəfiqi olmaqda davam edir. Ölkələrimiz fəal iqtisadi əlaqəyə sahibdir” deyilib.

Digər tərəfdən Ankaradan rəsmi bir heyətin mövcud problemləri müzakirə etmək məqsədilə 2 gün ərzində ABŞ-a gedəcəyi gözlənilir.

Türkiyədən ABŞ-a gedəcək rəsmi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal başçılıq edəcək.



Әlaqәli Xәbәrlәr