Ədirnədə 132 qaçqın yaxalandı

Aydın şəhərinin Didim qəsəbəsində də qeyri-qanuni yollarla ölkə xaricinə çıxmağa çalışan qaçqınlar yaxalanıb.

1026990
Ədirnədə 132 qaçqın yaxalandı

  Türkiyənin Ədirnə rayonunda qeyri-qanuni yollarla ölkə xaricinə çıxmağa çalışan 132 qaçqın yaxalandı.

  Ədirnə Rayon Jandarm Komandanlığı briqadaları və 54-cü Mexaniki Piyada Komandanlığına bağlı sərhəd qoşunları Ədirnəyə bağlı Bosnaköy, Orhaniye, Yenikadın kəndləri ilə İpsala, Uzunkörpü və Meriç rayonlarında reyd keçirib və İran, İraq, Eritreya, Pakistan, Əfqanıstan, Fələstin və Əlcəzairdən olan 132 qaçqın saxlanılıb. Qaçqınlar sonra Ədirnə Miqrasiya İdarəsinə göndərilib.

  Aydın şəhərinin Didim qəsəbəsində də qeyri-qanuni yollarla ölkə xaricinə çıxmağa çalışan qaçqınlar yaxalanıb. Aydın İcra Hakimiyyətindən verilən məlumata görə, Taşburun balıqçı bölgəsində bir qrupun rezin qayıqla dənizə açıldığı xəbərinin izilə Sahil Təhlükəsizlik Komandanlığı hərəkətə keçib. Briqadalar rezin qayıqda aralarında Suriya, İraq və Fələstin vətəndaşlarının olduğu 54 qaçqını saxlayıb. Didim limanına gətirilən qaçqınlar sonra Aydın Rayon Miqrasiya İdarəsi İdarəsinə göndərilib.



Әlaqәli Xәbәrlәr