“Türkiyə bayrağı, vətəni və millətilə böyük bir dövlətdir”, F.Oktay

Türkiyə prezidentinin köməkçisi Fuad Oktay Türkiyənin bayrağı, vətəni və millətilə böyük bir dövlət olduğunu söylədi.

1024673
“Türkiyə bayrağı, vətəni və millətilə böyük bir dövlətdir”, F.Oktay

Türkiyə prezidentinin köməkçisi Fuad Oktay Türkiyənin bayrağı, vətəni və millətilə böyük bir dövlət olduğunu söylədi.

Oktay ABŞ-ın 2 Türk nazirə qarşı sanksiya qərarına reaksiya göstərərək, baş verən son hadisələrin böyük dövlət olmağın iqtisadi, hərbi yaxud coğrafi böyüklüklə eyni olmadığını bir daha dünyaya sübut etdiyini bildirdi.

Fuad Oktay özünün “Twitter” hesabındakı paylaşmasında :“Böyük dövlət olmaq beynəlxalq hüquq çərçivəsində hərəkət etməyi, imzalanan müqavilələrə sadiq qalmağı, ədalət və hörmət əsaslarına sədaqəti, xalqının mənfəətlərini kiçik mənfəət qruplarının üzərində tutmağı və daimi olaraq məzlumların yanında olmağı vacib hala gətirir. Biz bayrağı, vətəni və millətilə birlikdə böyük bir dövlətik. Cənab prezidentimizin liderliyində böyük dövlət olmağın əsaslarını yerinə yetirməkdə bir an belə tərəddüd etmərik” deyə yazıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım da ABŞ Xəzinə Nazirliyinin iki Türk nazirə sanksiya tətbiq etmə qərarının, qanunsuz və özbaşına qəbul edilmiş qərar olduğunu bildirib.

“Türkiyədəki məhkəmə proseslərinə qarşı hörmətsizliyin göstəricisi olan bu qərarı sərt şəkildə qınayır və bu səhvdən dönüləcəyini gözləyirik” deyə Yıldırım qeyd edib.



Әlaqәli Xәbәrlәr