TBMM-dən  ABŞ-nın qərarına sərt reaksiya

Türkiye Böyük Millət Məclisindəki (TBMM) 4 siyasi partiya qrupu, ABŞ-nın qərarından etirazını bildirib.

1024368
TBMM-dən  ABŞ-nın qərarına sərt reaksiya

Türkiyə Böyük Millət Məclisində deputatları təmsil olunan “Ədalət və İnkişaf Partiyası”, “Cümhuriyyət Xalq Partiyası”, “İYİ Partiyası” və “Milliyətçi Hərəkat Partiyası" ortaq bəyanat yayaraq qərara qarşı olduqlarını vurğulayıblar.

Şərhdə, ABŞ rəhbərliyinin bir müddətdən bəri Türkiyəyə istiqamətli dostluq, müttəfiqlik, NATO-ya üzvlük məhz ölkələr arası əlaqələrin uzun illər ərzində təşəkkül etmiş pirinsipləri baxımından da qəbul edilə bilməz rəftar, bəyanatlarla izlədiyi siyasəti və Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq edilməsinə dair qərarı qəbul edilə bilməzdir və bunu qınayırıq”.

Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay, milli müdafiə naziri, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər dövlət rəsmiləri də qərara etiraz edən açıqlamalar veriblər. Türkiyə Xarici İşlər Nazirliyi əlavə bəyanatla çıxış edərək, ABŞ-ın bu addımının qarşılıqsız qalmayacağını diqqətə çatdırıb.

Qeyd edək ki, yevangelist pastor A. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən hərbi və siyasi casusluq, terror təşkilatına üzv, təşkilatın maraqları naminə cinayət törətməkdə ittiham edilərək sonra İzmirdə həbs edilmişdi. ABŞ rəhbərliyi - şəxsən prezident D. Tramp və vitse-prezident M. Pens Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəyiblər. ABŞ Konqresi həm A. Bransonun həbsdə saxlanılmasına, həm də Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni "F-35" hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.



Әlaqәli Xәbәrlәr