Xarici İşlər Nazirliyi  Əfqanıstandakı terror hücumu qınadı

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında Afqanıstanın Calalabad şəhərində xəstəxana və miqrasiya idarəsinin yaxınlığında törədilən terror hücumu qınanıb.

1023460

Açıqlamada Nanqahar vilayətində keçən həftə sonundan bəridir təhküləsizlik vəziyyətinin ağırlaşdığı xatırladılaraq bildirilib ki, Calalabad şəhərində xəstəxana və miqrasiya idarəsinin yaxınlığında törədilən terror hücumu nəticəsində həyatını itirənlərin və xəsarət alanların olduğu kədərlə öyrənilmişdir. Bu xain terror hücumunu lənətləyirik. Hücum nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, Əfqanıstan hökumətinə və əfqan xalqına başsağlığı vərir. Xəsarət alanlara təcili şəfa diləyirik.

Qeyd edək ki, Əfqanıstanın şərqində yerləşən Nanqanar vilayətinin mərkəzi Calalabad şəhərindəki xəstəxana və miqrasiya idarəsinin yaxınlığında törədilən terror hücumu nəticəsində 5 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb.

Әlaqәli Xәbәrlәr