Mevlüt Çavuşoğlu həmkarı Retno Marsudi ilə görüşüb

Xarici işlər naziri Mevlüt Çavuşoğlu,  Cənub-Şərqi Asiya Beynelxalq Birliyinin   Xarici İşlər Nazirləri yığıncağına qatılmaq üzrə  səfərdə  olduğu  Sinqapurda İndoneziya xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

1023963
Mevlüt Çavuşoğlu həmkarı Retno Marsudi ilə  görüşüb

Siyasi  mənbələrdə   əldə  edilən  məlumata görə   nazir Çavuşoğlu və İndoneziya xarici işlər naziri Marsudi  arasında   baş tutan  görüşdə iqtisadiyyat, müdafiə sənayesi və terrora  qarşı  mübarizə sahəsində    əməkdaşlıq   başda  olmaqla   Arakanlı Müsəlmanların vəziyyəti  və regional mövzular  müzakirə olunub.

Məlumata  görə  nazir Çavuşoğlunun Vietnam Baş nazirinin  müavini  və Xarici işlər naziri Phan Binh Minh ilə   planlaşdırdığı  görüş,  proqramı   səbəbiylə   başqa  günə  təxirə   salınıb.

Qeyd  edək  ki, Cənub-Şərqi Asiya Beynelxalq Birliyinin   Xarici İşlər Nazirlərinin  növbəti   yığıncağına İndoneziya, Malayziya, Tayland, Filippin, Sinqapur, Bruney, Vyetnam, Laos, Myanma və Kamboç  başda  olmaqla  Birliyin  “Dialoq  Ortaqları” Avropa İttifaqı, ABŞ, Kanada, Rusiya , Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Avstraliya və Yeni Zelandiya ilə "Sektor Dialoq Ortaqları”  olan Türkiyə, Pakistan, Norveç, İsveçrə  Xarici İşlər  Nazirləri  və nazir müavinləri  iştirak edir.



Әlaqәli Xәbәrlәr