Xarici İşlər naziri Mövlud Çavuşoğlu ASEAN ölkələrinin səfirlərilə toplantı keçirdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Cənub-Şərqi Millətlər Birliyinin (ASEAN) sayca 51-ci olan yığıncağında iştirak etmək üçün Sinqapura getməzdən əvvəl ASEAN ölkələrinin paytaxt Ankaradakı səfirlərilə toplantı keçirdi.

1021917

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Çavuşoğlu Filippinlər, İndoneziya, Sinqapur, Vietnam, Malayziyan, Bruney və Tailandın Ankara səfiri ilə bir araya gəldi.

Nazir Çavuşoğlu mövzuyla əlaqəli özünün “twitter” həsabında yazıb: “Sinqapurda keçiriləcək görüşdən əvvəl bu ölkələrin Ankara səfirlərilə görüş keçirərək, Türkiyə-ASEAN əməkdaşlığı haqqında fikir mübadiləsi apardıq".

Sinqapurun ev sahibliyində 1-4 avqust tarixində keçiriləcək toplantıya nazir Çavuşoğlu Türkiyə adından qatılacaq.

Toplantı çərçivəsində Türkiyə ilə birlik arasında keçən il “Sektorda dialoq tərəfdaşlığı” əlaqəsinin qurulmasından sonra ilk dəfə “ASEAN-Türkiyə üçtərəfli nazirlər yığıncağı” təşkil ediləcək. Çavuşoğlunun ayrıca yığıncaq çərçivəsində digər iştirakçı ölkələrdən həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi planlaşdırılır.

ASEAN-ın qurucu üzvləri İndoneziya, Malayziya, Tailand, Filippinlər və Sinqapurla yanaşı Bruney, Vietnam, Laos, Myanma və Kamboca olmaqla cəmi 10 üzvü var.

Әlaqәli Xәbәrlәr