Türkiyə bir sıra ölkələrin səfirlərinə həddlərini aşmamalarını tövsiyə etdi

Türkiyə Kıbrıs Rum icmasında yığıncaq təşkil edən bəzi ölkələrin səfirlərinə həddlərini aşmamalarını tövsiyə etdi.

1022653
Türkiyə bir sıra ölkələrin səfirlərinə həddlərini aşmamalarını tövsiyə etdi

Türkiyə  Kıbrıs Rum icmasında yığıncaq təşkil edən bəzi ölkələrin səfirlərinə həddlərini aşmamalarını tövsiyə etdi.

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy həmin yığıncağa münasibət bildirərək deyib: "Yığıncaqda Rum İdarəsinin Şərqi Aralıq dənizində təktərəfli olaraq davam etdirdiyi karbohidrogen fəaliyyətlərinə dəstək bəyan edən ifadələr mənasızdır. Bu ölkələrin səfirlərinə həddlərini aşmamalarını tövsiyə edirik".

Hami Aksoy verdiyi bəyanatda Kıbrısda ədalətli və daimi həllin hələ də təmin olunmadığını vurğulayıb.

Bu şərtlərdə Kıbrıs Rum icmasının Adanın tək sahibi kimi rəftar etməkdə israr edərək, təktərəfli karbohidrogen fəaliyyətlərini davam etdirməsinin qəbuledilməz olduğunu deyən sözçü Aksoy bu fəaliyyətlərlə Rum tərəfinin Adanın ortaq sahibi olan Kıbrıs Türklərinin təbii sərvətlər üzərindəki əsas haqlarını tapdaladığını qeyd edib.

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy Türkiyənin Kıbrıslı Türklərin haq və mənfəətlərini müdafiə etməkdə və Kıbrıs Türk tərəfinə dəstəyini davam etdirməkdə qəti şəkildə qərarlı olduğunu da dilə gətirib.



Әlaqәli Xәbәrlәr