Şırnak şəhərində bir terrorçu təslim oldu

Şırnak şəhərində terror təşkilatı PKK/YPG üzvü terrorçu təhlükəsizlik qüvvələrinə təslim oldu.

1021845
Şırnak şəhərində bir terrorçu təslim oldu

Şırnak şəhərində terror təşkilatı PKK/YPG üzvü terrorçu təhlükəsizlik qüvvələrinə təslim oldu.

Şırnakda Vilayət Jandarm Komandirliyi Kəşfiyyat Şöbə Müdirliyilə Cizrə Qəsəbə Jandarm Komandirliyi birliklərinin ailələrin dəstəklədiyi qane etmə fəaliyyətləri nəticəsində bir terrorçu təslim olub.

Terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG adından fəaliyyət göstərən terrorçunun fevral ayında təşkilata qoşulan “Azad” kod adlı 19 yaşındakı A.B. olduğu öyrənilib.

Diyarbəkir Valiliyinin açıqlamasında isə, Vilayət Jandarm Komandirliyi əsgərlərinin dünən şəhərin cənub ərazilərində bir qrup terrorçu aşkarladığı və fəaliyyətlər nəticəsində 2 terrorçunu zərərsizləşdirdiyi bildirildi.

Terrorçuların əlində M-16 və başqa silah-sursat ələ keçirilib.



Әlaqәli Xәbәrlәr