Türkiyə prezidentinin Zambiya səfərində on iki müqaviləyə imza atıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika səfərinin ikinci dayanacağı Zambiya oldu.

1021529
Türkiyə prezidentinin Zambiya səfərində on iki müqaviləyə imza atıldı
cumhurbaskani zambiya6.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika səfərinin ikinci dayanacağı Zambiya oldu.
 
Ərdoğan  Zambiyanın Lusaka Kenneth Kaunde Hava Limanında Zambiya prezidenti Edgar Lungu və xanımı Esther Lungu tərəfindən mərasimlə qarşılandı.
 
 Nümayəndə heyətlərini bir-birinə təqdim edən Ərdoğan və Lungu daha sonra Tiyanjane Mədəni Rəqs Qrupunun ifasında milli rəqsləri  izlədilər.
 
 Ərdoğan daha sonra Lusakada Zambiyanın dünyasını dəyişmiş üç prezidentinin məzarlarının olduğu Prezident Qəbiristanlığını ziyarət etdi.
 
Buradan Prezident Sarayına gedən Türkiyənin dövlət başçısının həmkarı ilə təkbətək görüşü oldu, sonra da heyətlərarası görüş keçirildi.
 
 Prezident Ərdoğan görüşdə çıxış edərək, iki ölkənin iqtisadi sahədəki təcrübələrini bölüşməsinin vacibliyinə diqqət çəkdi.
 
 İki ölkə arasındakı ticarət həcminin kifayət qədər olmadığını qeyd edən Ərdoğan ticari əlaqələrə təkan vermək üçün səylərin davam etdirilməsinin vacibliyini vurğuladı.
 
Türkiyə prezidenti turizm sektorunda Türkiyənin çox irəlilədiyini, Türk  Hava Yollarının dekabr ayının əvvəlində Zambiyaya uçuşlarının başlayacağını bildirdi.
 
 Görüşlərdə 12 əhəmiyyətli müqaviləyə imza atıldı.



Әlaqәli Xәbәrlәr