Son bir həftədə 44 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin 20-27 iyul tarixlərində Şırnak, Mardin, Ərzurum, Bingöl ilə İraqın şimalında həyata keçirdiyi əməliyyatlarda 44 terrorçu zərərsizləşdirildi.

1021030

Əməliyyatlarda terror təşkilatı üzvlərinin istifadə etdiyi xeyli miqdarda silah-sursat da məhv edildi.

Türkiyə Silahlı Qüvvələrinin sərhəd məntəqələrinin təhlükəsizliyi ilə əlaqəli nəzarətində cari ilin yanvar ayının 1-dən bugünədək sərhədlərdən qanunsuz şəkildə keçməyə cəhd göstərən 193 min 773 nəfər yaxalandı.

Türkiyə Silahlı Qüvvələrinin Suriyada yanvarın 20-dən bəridir davam edən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı isə 4 min 546 olub.

Əməliyyat çərçivəsində indiyədək 251 mina və min 346 əl istehsalı olan partlayıcı aşkarlanaraq məhv edilmişdir.

Әlaqәli Xәbәrlәr