Türkiyə Suriyada törədilən terror hücumunu sərt şəkildə qınadı

Türkiyə terror təşkilatı DEAŞ-ın Suriyanın Süveyda vilayətində törətdiyi və xeyli sayda adamın həlakına səbəb olan terror hücumlarını sərt şəkildə qınadı.

1020102

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, DEAŞ-la Mübarizə üzrə Beynəlxalq Koalisiyanın üzvü olan Türkiyə başda DEAŞ və PKK/KCK/PYD-YPG olmaqla Suriyada sığınacaq yer tapan terror təşkilatları ilə mübarizədə qəti qərarlıdır. Bunu “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə sübuta yetirdi. Suriyadan mənbələnən terrorun kökünün kəsilməsi terror təşkilatlarının ortaya çıxmasına səbəb olan şərtlərə son qoyulması ilə mümkün ola biləcəkdir. 

Qeyd edək ki, Suriyanın cənub-şərqində Bəşər Əsəd rejiminin nəzarətindəki Süveydə şəhərinin mərkəzində terror təşkilatı DEAŞ tərəfindən edilən hücumda 150-yə yaxın adam həyatını itirdi.  

Әlaqәli Xәbәrlәr