"Almaniya Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarıdır", U.Demmer

Almaniya Dövlət Aparatı sözçüsü Ulrike Demmer paytaxt Berlindəki Federal Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında çıxışında Türkiyənin özləri üçün yaxın və mühüm tərəfdaş olduğunu bildirərək deyib...

1019482
"Almaniya Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarıdır", U.Demmer

  Almaniya Dövlət Aparatı sözçüsü Ulrike Demmer paytaxt Berlindəki Federal Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında çıxışında Türkiyənin özləri üçün yaxın və mühüm tərəfdaş olduğunu bildirərək deyib: “Almaniya Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarıdır. Türkiyə ilə çətin məsələlərdə də danışıqlar aparmağı qəbul edirik. Almaniya hökuməti etimada əsaslanan bir iş birliyinə ehtiyac duyur.”

  R.T.Ərdoğanın futbolcu Məsud Özillə bağlı açıqlamalarına isə U.Demmer belə münasibət bildirib: “Bu mövzuda geniş şərh vermək istəmirəm. Ərdoğan Almaniyada yaşayan Türkiyə əsilli insanların maraqlarını müdafiə edir. Bu barədə kansler Angela Merkel danışıb… Almaniyada təxminən 18 milyon xarici yaşayır və biz bütün bu insanların Almaniyanı öz evləri kimi hiss etmələrini istəyirik. Hökumətimiz də hər cür əcnəbi düşmənçiliyinə qarşıdır. Amma, təəssüf ki, biz istəməsək də, xarici vətəndaşlar Almaniyada da ayrı-seçkiliyə məruz qalır… Almaniyada 3 milyondan çox türkiyəli yaşayır. Onların yarısı Almaniya vətəndaşıdır və ölkənin qayda-qanunlarına uyğunlaşmışlar. Türklər, eyni zamanda, Almaniya iqtisadi, mədəni və siyasi həyatını zənginləşdirir.”



Әlaqәli Xәbәrlәr