Türkiyə, Nigeriyada törədilən terror aktlarını lənətləyib

Türkiyə, Yobe və Borno əyalətində törədilən və çox sayda məsum insanın ölümünə və ya yaralanmasına gətirib çıxaran terror aktlarını qınayıb.

1018111
Türkiyə, Nigeriyada törədilən terror aktlarını lənətləyib

Xarici İşlər Nazirliyinin mövzu ilə əlaqəli şərhində: "Türkiyə, Yobe və Borno əyalətində törədilən və çox sayda məsum insanın ölümünə və ya yaralanmasına gətirib çıxaran terror axtlarını qınayır və xain hücumlarda həyatını itirənlərin ailələri başda olmaqla Nigeriya hökuməti və xalqına baş sağlığı verir. Yaralılara təcili şəfa arzulayır”.

Qeyd edək ki, Nigeriyanın şimalında yerləşən Borno əyalətində həyata keçirilən terror aktı nəticəsində 8 adam həyatını itirib, 7 nəfər də yaralanıb. Hadisəyə görə məsuliyyəti terror təşkilatı Boko Haram üzərinə götürüb. Yobe əyalətinin Tarmuwa bölgəsində isə həmin terror təşkilatı üzvləri ilə hərbi qüvvələr arasında baş verən qarşıdurma nəticəsində çox sayda Nigeriya əsgəri həyatını itirib. Boko Haram terror təşkilatının 2000-ci ildən bəri ölkədə törətdiyi qanlı hadisələrdə isə 20 minə qədər adam ölüb.



Әlaqәli Xәbәrlәr