“Türkiyə İran əleyhinə sanksiyaların tǝtbiqindǝ iştirak etmǝyǝcǝk”

Bunu  Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Respublikasına  sǝfǝri zamanı deyib.

1018532
“Türkiyə İran əleyhinə sanksiyaların tǝtbiqindǝ iştirak etmǝyǝcǝk”

Xarici işlər naziri Mövlud Çavuşoğlu  mövzu  ilǝ  ǝlaqǝli   açıqlamasında: “Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq. Amerikadan gǝlǝn  nümayǝndǝ  heyǝtinǝ  dǝ   bu  barǝdǝ  mǝlumat tǝqdim  etdik. Onlara dedik ki, bu sanksiyaların tətbiqində iştirak etməyəcəyik.  Biz rahat şərtlərlə neft alırıq. Sizin dediyinizi etməyəcəyik”, - deyə Çavuşoğlu bildirib. 

 Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, İranın neft sektoruna qarşı ABŞ sanksiyaları noyabrın 4-dən etibarən tətbiq olunmağa başlayacaq. Həmin tarixdən sonra İrandan neft tədarükü, sanksiyaların pozulması kimi hesab olunacaq. ABŞ Dövlət Departamentindən bildirilib ki, Vaşinqton öz müttəfiqlərini noyabrın əvvəlinə qədər İrandan neft alınmasını tamamilə dayandırmaq üçün razı salmağa çalışacaq.

 



Әlaqәli Xәbәrlәr