Rәcәb Tayyib Әrdoğan ikitәrәfli görüşlәrini davam etdirir
Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Brusseldә keçirilәn NATO sammiti çәrçivәsindә bu gün dә ikitәrәfi görüşlәrini davam etdirir.
![Rәcәb Tayyib Әrdoğan ikitәrәfli görüşlәrini davam etdirir](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/624d/cb6c/7064/5b47069dddebf.jpg?time=1718853662)
Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Brusseldә keçirilәn NATO sammiti çәrçivәsindә bu gün dә ikitәrәfi görüşlәrini davam etdirir.
Rәcәb Tayyib Әrdoğan Brüsseldә ilk olaraq NATO ölkәlәrinin dövlәt vә hökumәt başçılarının iclasına qatılıb. Dövlәt başçısı daha sonra İtaliyanın Baş naziri Cuzeppe Konteni (Giuseppe Conte) qәbul edib.
Görüşdәn sonra Әrdoğan Әfqanıstan mövzusunda keçirilәcәk sessiyaya qatılacaq.
Rәcәb Tayyib Әrdoğanın Fransa, Ukrayna vә Bolqarıstan prezidentlәri ilә dә görüşü nәzәrdә tutulur.
Dövlәt başçısı Әrdoğan günün ikinci hissәsindә isә Әfqanıstan prezidenti vә Yunanıstan Baş naziri ilә bir araya gәlәcәk.
Mәlumata görә, Rәcәb Tayyib Әrdoğan NATO sammiti başa çatdıqdan sonra Türkiyәyә geri qayıdacaq.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718853663)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718853663)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq