Ərdoğan:"Qarşıdakı dövrdə hədəfimiz Şimali Kıbrısda adambaşına düşən gəliri ikiqat artırmaqdır''

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurduqdan sonra Şimali Kıbrıs Türk Cümhuriyyətinə gedib.

1009951

Ərdoğan Şimali Kıbrıs Türk Cümhuriyyətinin  prezidenti Mustafa Akıncı ilə keçirdiyi görüşdən sonra baş tutan birgə mətbuat konfransında çıxış edib.

Rəcəb Tayyib Ərdoğan konfrans zamanı bunları deyib:"Qarşıdakı dövrdə hədəfimiz Şimali Kıbrısda adambaşına düşən gəliri ikiqat artırmaqdır. Kipr bizim milli savaşımızdır. Burada problemin ədalətli və daimi həll yolu tapılması əsas məqsədimizdir. Türkiyə Kıbrıs  xalqının münaqişənin qurbanı halına düşməsinə göz yummayacaq". 

Әlaqәli Xәbәrlәr