Xarici İşlər Nazirliyi İsraili qınadı

Xarici İşlər Nazirliyi İsrailin işğal altında tutduğu Fələstin ərazilərində Abu Nuvvar Bədəvi icmasına aid evləri dağıtmasını sərt dillə qınadı.

1006690
Xarici İşlər Nazirliyi İsraili qınadı

Xarici İşlər Nazirliyi İsrailin işğal altında tutduğu Fələstin ərazilərində Əbu Nevvar bədəvi icmasına aid evləri dağıtmasını sərt dillə qınadı.

Nazirliyin açıqlamasında bildirilib ki, İsrailin işğal altında tutduğu Fələstin ərazilərində Əbu Nevvar Bədəvi icmasına aid evləri dağıtma fəaliyyətlərinə başlamasını sərt dillə qınayırıq. İsrail səlahiyyətliləri tərəfindən laqeydcəsinə davam etdirilən bu proses birləşmiş və müstəqil Fələstin dövləti perspektivini təhlükə ilə üzləşdirir. İsrail bölgədə gərginliyi artıran və iki dövlətli həll düşüncəsini təxrib edən qanunsuz fəaliyyətlərə təcili son qoymalıdır.

Qeyd edək ki, Şərqi Qüdsdəki Ağlama divarının İordan çayının qərb sahili tərəfində qalan hissəsində olan Xan əl-Əhmər və Əbu Nevvar bədəvi icmalarına gedən yolları bağlayan İsrail əsgərləri Əbu Nevvardakı 40 ev və ağılı dağıdıb.  



Әlaqәli Xәbәrlәr