Çanaqqalada 63 qaçaq xarici ölkə vətəndaşı yaxalandı

Türkiyənin Çanaqqala şəhərinin Əzinə qəsəbəsində qanunsuz şəkildə Yunanıstanın Midilli adasına keçmək istəyən xarici ölkə vətandaşı 63 nəfər yaxalanıb.

1006538
Çanaqqalada 63 qaçaq xarici ölkə vətəndaşı yaxalandı

Çanaqqala şəhərinin Əzinə qəsəbəsində qanunsuz şəkildə Yunanıstanın Midilli adasına keçmək istəyən xarici ölkə vətandaşı 63 nəfər yaxalanıb.

Keşik çəkən Geyikli Jandarm Komandirliyi dəstələri Körükdaşı kəndi yaxınlığında durumundan şübhə etdikləri maşını saxlayıb.

Maşındakı axtarış nəticəsində 30-u İraq və 6-sı Suriya vətəndaşı 36 nəfər yaxalanıb.

Yaxalanan şəxslərin məlumatı nəticəsində daha bir maşın saxlanılaraq içindəki 27 İraq vətəndaşı da yaxalanıb.  

Yaxalanan xarici ölkə vətəndaşı qaçaqlar qanuni işlərdən sonra Ayvacık Xariciləri Geri Göndərmə Mərkəzinə təhvil verilib.

Digər tərəfdən qaçış işlərini təşkil etdiyi iddia edilən maşın sürücüləri nəzarətə götürülüb.



Әlaqәli Xәbәrlәr