"Türkiyə ilə Bosniya və Herseqovina müdafiə əməkdaşlığı daha da inkişaf edəcək", N.Canikli

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli Türkiyə və Bosniya Herseqovina arasında müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsində razılığa gəlindiyini bildirib.

1005824
"Türkiyə ilə Bosniya və Herseqovina müdafiə əməkdaşlığı daha da inkişaf edəcək", N.Canikli

   Türkiyəli nazir rəsmi səfərə getdiyi paytaxt Saraybosnada ilk olaraq Kovaçi Şəhidliyini ziyarət edib, Naməlum Əsgər abidəsinə əklil qoyub, sonra Bosniya və Herseqovinanın ilk prezidenti Aliya İzetbeqoviçin qəbrinə baş çəkib. “Bilge kral"ın da məzarına əklil qoyan və dua edən Nurəddin Canikli sonra ölkənin Müdafiə Nazirliyinə keçib, nazir Marina Pendeslə heyətlərarası görüşdə iştirak edib.

  Mətbuata qapalı keçirilən toplantıdan sonra təşkil edilən birgə mətbuat toplantısında hər iki ölkənin nazirləri çıxış ediblər. N.Canikli deyib: “Bosniya və Herseqovina Balkanlarda strateji mövqeyə malikdir. Burada sabitlik olmazsa, Balkanlarda da olmaz, Balkanlarda sabitlik olmazsa, Avropa və dünyada olmaz… Dayton Sazişi ölkənin daxili balansları üçün əhəmiyyətlidir. Türkiyə ilə Bosniya və Herseqovina arasında münasibətlər qardaşlıq anlayışı ilə irəli gedir. Biz ölkənin Atlantika, NATO və Avropa İttifaqı kimi qurumlara tezliklə inteqrasiyası üçün hər cür dəstəyi verməyə davam edirik."



Әlaqәli Xәbәrlәr