TSQ vә ABŞ-ın hәrbi bölmәlәri Münbiçdә 8-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә başlayıb

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

1004379
TSQ vә ABŞ-ın hәrbi bölmәlәri Münbiçdә 8-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә başlayıb

Türkiyə Silahlı Qüvvələri ilə ABŞ-ın hərbi bölmələri Suriyanın Münbiç bölgəsində 8-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә  başlayıb.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

Mәlumatda  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatının keçirildiyi bölgә ilә  Münbiç arasında qalan xәtdә  Türkiyә Silahlı Qüvvәlәri ilә ABŞ hәrbi bölmәlәrinin 8-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә başladığı bildirilib.

Qeyd edәk ki, Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  vә ABŞ dövlәt katibi Mayk Pompeo (Mike Pompeo)  iyunun 4-dә keçirdiklәri görüşdә Münbiçlә bağlı yol xәritәsini tәsdiqlәmişdilәr.



Әlaqәli Xәbәrlәr