Türkiyə Kərkükdəki seçki qutularının olduğu anbara edilən hücumu qınadı

Xarici İşlər Nazirliyi Kərkükdəki seçki qutularının olduğu anbara təşkil edilən bombalı hücumu qınadı.

1003540
Türkiyə Kərkükdəki seçki qutularının olduğu anbara edilən hücumu qınadı

Türkiyə Xarici İşlər Nazirliyi Kərkükdə seçki qutularının olduğu anbara edilən bombalı hücum nəticəsində bir nəfərin həyatını itirdiyi, 21 nəfərin isə yaralandığı hadisəni qınadı.

Nazirliyin açıqlamasında “Kərkükdəki hadisəni sərt dillə qınayır, həyatını itirən iraqlı qardaşımıza  Allahdan rəhmət, yaxınlarına başsağlığı  verir, xəsarət alanlara şəfa diləyirik. İraq rəsmilərinin Kərkükdə səçkilərdəki saxtakarlıqla bağlı iddialarla əlaqəli istintaqı sürətli və şəffaf şəkildə tamamlamalarını və vilayətdə təhlükəsizliyi  təmin etmək üçün vacib olan tədbirləri görmələrini gözlərik” deyə bildirilib.

Qeyd edək ki, İraqda 12 mayda keçirilən parlament seçkilərilə əlaqəli olaraq, xüsusilə Kərkük və digər şimal bölgələrində saxtakarlıq iddiaları olduğu irəli sürüldü. İraq məclisi iddialar qarşısında səslərin yenidən əllə sayılmasına qərar verdi.



Әlaqәli Xәbәrlәr